İsrail qüvvələri 26 fələstinlini də saxlayıb
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 26 fələstinlini saxlayıb.
2019928
![İsrail qüvvələri 26 fələstinlini də saxlayıb](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/a962/b99a/b9a3/64cb8c2052685.jpg?time=1718801142)
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 26 fələstinlini saxlayıb.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata əsasən, İsrail qüvvələri İordan çayının qərb sahilinin El-Xəlil və digər şəhərlərində fələstinlilərə qarşı əməliyyatlar həyata keçirib.
Xəbərdə İsrailin El-Xəlil şəhəri və qəsəbələrində 16 fələstinlinin,Kalkylya şəhərində isə 2-si qardaş olmaqla 4 nəfərin saxlanıldığı bildirilib.
İordan çayının qərb sahilinin şimalındakı Cenində 5, Nablusda isə 1 nəfərin İsrail qüvvələri tərəfindən saxlanıldığı qeyd olunub.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə vaxtaşırı basqın edən İsrail qüvvələri müxtəlif iddialar irəli sürərək fələstinliləri saxlayır.