Fələstin rəhbərliyi İsraili qınayıb

Fələstin rəhbərliyi İsraili İordan çayının qərb sahilindəki cinayətlərinə görə qınayıb.

2018947
Fələstin rəhbərliyi İsraili qınayıb

Fələstin rəhbərliyi İsraili İordan çayının qərb sahilindəki cinayətlərinə görə qınayıb.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, Fələstin rəhbərliyinin sözçüsü Nabil Əbu Rudeyne verdiyi yazılı açıqlamada İsrail rəhbərliyini İordan çayının qərb sahilində törətdiyi cinayətlərə görə qınayaraq, İsrailin Fələstin xalqına qarşı işlədiyi cinayətləri davam etdirməsinə cəsarət verən səbəbin beynəlxalq susqunluq və hesabatlılığın olmaması olduğunu qeyd edib.

Əbu Rudeynə Qüds və Hebron şəhərlərində İsrail tərəfindən öldürülən gənclərə işarə edərək deyib:

"İşğalçı qüvvələr gündəlik qətliam əməliyyatları ilə beynəlxalq hüquqa meydan oxuyur, qətl əməliyyatları, meydanlarda edamlar, şəhərlərə, kəndlərə və düşərgələrə basqınlar həyata keçirməkdə, xalqımıza qarşı ən ağır kollektiv cəzalar verməkdə israrlıdırlar. Bunlar humanitar və beynəlxalq hüquqa və legitimliyə ziddir".

Əbu Rudeynə beynəlxalq qurumları, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını Fələstin xalqının beynəlxalq müdafiəsini təmin etməyə və qətnamələri yerinə yetirməyə çağırıb.

ABŞ rəhbərliyindən gec olmadan müdaxilə etməsini istəyən Əbu Rudeynə vəziyyətin pisləşməsinə görə məsuliyyətin ABŞ və İsrailin üzərinə düşdüyünü vurğulayıb.

Qeyd edək ki, avqustun 1-də İsrail ordusu Hebron şəhərində və Qüdsün şərqində biri uşaq olmaqla iki nəfəri qətlə yetirib.



Әlaqәli Xәbәrlәr