Rusiya-Moldava münasibətlərində gərginlik

Rusiyanın Moldovadakı səfirliyi avqust ayından etibarən konsulluq fəaliyyətini dayandıracaq.

2018084
Rusiya-Moldava münasibətlərində gərginlik

Rusiyanın Moldovadakı səfirliyi avqust ayından etibarən konsulluq fəaliyyətini dayandıracaq.

Moldovanın Rusiyadan diplomatik işçilərinin sayını 80-dən 25-ə endirmək qərarından sonra avqustun 15-dən Rusiyanın Moldovadakı səfirliyi konsulluq fəaliyyətini dayandıracaq.

Səfirlikdən verilən açıqlamada “texniki səbəblərə görə” avqustun 5-dən etibarən konsul görüşlərinin dayandırılacağı bildirilib.

Moldova Xarici İşlər Nazirliyinin sözçüsü İqor Zaxahrov Rusiya diplomatlarının persona non-qrata elan edilmədiyini bildirərək,
"Onlardan yalnız bərabərliyə nail olmaq üçün getmələri istənilir" deyib.

Xatırladaq ki, Moldova Rusiyanın Moldovadakı səfirliyinin damında müşahidə məqsədilə iyirmidən çox antenanın yerləşdirildiyi barədə xəbərlərdən sonra Rusiya işçilərini ixtisar etmək qərarına gəlib. 



Әlaqәli Xәbәrlәr