Bayden Aşura günü münasibətilə təbrik mesajı yayımlayıb

Cozef Bayden sosial media hesabında Məhərrəm ayının 10-cu günü qeyd olunan Aşura günü münasibətilə təbrik mesajı yayımlayıb.

2017720
Bayden Aşura günü münasibətilə təbrik mesajı yayımlayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Cozef Bayden sosial media hesabında Məhərrəm ayının 10-cu günü qeyd olunan Aşura günü münasibətilə təbrik mesajı yayımlayıb.

Co Bayden tvitter hesabında etdiyi paylaşımda müsəlmanların Aşura gününü həyat yoldaşı Cil Baydenlə təbrik etdiyini bildirib.

Bayden paylaşımda “Jill və mən Aşuranı qeyd edən və hamı üçün fədakarlıq, ədalət və bərabərlik dəyərlərinə hörmət edən dünyanın dörd bir tərəfindəki müsəlman dostlarımızı və qonşularımızı salamlayıram” ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr