Blinken Baş nazir Kris Hipkins ilə görüşüb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken ilə Yeni Zelandiyanın Baş naziri Kris Hipkins arasında keçirilən görüşdə ikitərəfli, regional və qlobal məsələlər müzakirə olunub.

2016805

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamaya görə, Yeni Zelandiyaya səfər edən Blinken Hipkins ilə görüşərək ikitərəfli, regional və qlobal məsələləri müzakirə edib.

Sakit okean ölkələrinin ABŞ üçün əhəmiyyətinə toxunan Blinken iki ölkənin bundan sonra da birgə fəaliyyət göstərəcəyinə tam əmin olduğunu qeyd edib.

Blinken Yeni Zelandiyanın Ukraynaya göstərdiyi yardıma görə Hipkinsə təşəkkür edib və Yeni Zelandiyanın bu ayın əvvəlində Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Sammitində iştirakından məmnunluğunu ifadə edib.

Әlaqәli Xәbәrlәr