Çin Rusiya və Ukraynanı taxıl və gübrə ixracını yaxın zamanda davam etdirməyə çağırıb

Ginq Şuanq xüsusilə inkişaf etməkdə olan ölkələrdəki ərzaq böhranını yüngülləşdirmək üçün Rusiya və Ukraynanı "taxıl və gübrə ixracını yaxın zamanda davam etdirməyə" çağırıb.

2014870
Çin Rusiya və Ukraynanı taxıl və gübrə ixracını yaxın zamanda davam etdirməyə çağırıb

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Ginq Şuanq xüsusilə inkişaf etməkdə olan ölkələrdəki ərzaq böhranını yüngülləşdirmək üçün Rusiya və Ukraynanı "taxıl və gübrə ixracını yaxın zamanda davam etdirməyə" çağırıb.

Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) xəbərinə görə, Ginq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (UNSC) Rusiyanın Qara dəniz taxıl sazişindən çıxması ilə bağlı açıqlamalar verib.

Taxıl müqaviləsinin qlobal ərzaq tədarükünü qorumaq və bazarı sabitləşdirmək üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Ginq Rusiya və Ukraynanı “yaxın zamanda taxıl və gübrə ixracını davam etdirməyə” çağırıb.

Qinq hər iki ölkənin qanuni narahatlıqlarını aradan qaldırmaq üçün BMT-nin müvafiq bölmələri ilə birlikdə çalışacağına ümid etdiyini bildirib və bunun inkişaf etməkdə olan ölkələrdə ərzaq böhranının aradan qaldırılması üçün xüsusilə vacib olduğunu vurğulayıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiye və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimlə Qara dəniz Taxıl Dəhlizi Sazişini imzalayıb.

Kremlin sözçüsü Dmitriy Peskov vaxtı bitmiş Qara dəniz taxıl dəhlizi sazişi ilə bağlı verdiyi açıqlamada "Taxıl dəhlizi sazişi faktiki olaraq başa çatıb, dayandırılıb. Müvafiq şərtlər yerinə yetirilən kimi Rusiya dərhal taxıl sazişinə qayıdacaq. Sazişin Rusiya ilə bağlı hissəsi yerinə yetirilməyib" sözlərindən istifadə edib.



Әlaqәli Xәbәrlәr