Stefan Dujarrik: ''Müqəddəs kitablara və məkanlara qarşı hörmətsizlik qəbuledilməzdir''

Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik bildirib ki, müqəddəs kitabların və məkanların təhqir edilməsi qəbuledilməzdir.

2014430

Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında İsveçin İraqdakı səfirliyinə edilən basqın və İsveçdə Qurani-Kərimə qarşı hörmətsizliyi narahatlıqla izlədiklərini ifadə deyib. Steffan Dujarrik deyib:"Ehtiyacımız olan şey qarşılıqlı hörmətdir. Biz çox açıq şəkildə bildirdik ki, müqəddəs kitabların və məkanların  təhqir edilməsi yolverilməzdir''.
O, Bu cür hərəkətlərin əsas məqsədinin təxribat törətmək olduğunu vurğulayıb.

Stefan Dujarrik insanların təxribata qoşulmamasının vacibliyini qeyd edib. BMT rəsmisi həmçinin insanların başqalarının dinlərinə hörmət etmələrinin və zorakılıqdan çəkinmələrinin əhəmiyyətini vurğulayıb.

Әlaqәli Xәbәrlәr