ABŞ İsrailin qərarına reaksiya verdi

Amerika Birləşmiş Ştatları İsrail hökumətinin işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yaşayış məntəqələrin tikintisi və genişləndirilməsinin sürətləndirilməsinə imkan verən qərarına reaksiya verib.

2001337

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mövzu ilə bağlı verdiyi açıqlamada deyib: “Amerika Birləşmiş Ştatları İsrailin işğal altındakı  İordan çayının qərb sahilində 4000-dən çox yaşayış məntəqəsi ilə bağlı planı sürətləndirmək qərarından narahatdır”.
ABŞ-ın iki dövlət həllə zərbə vuran və sülhə mane olan bu cür birtərəfli hərəkətlərə qarşı olduğunu vurğulayan Miller deyib: “Biz İsrail hökumətini İordaniyanın Aqaba şəhəri və Misirin Şarm əl-Şeyxdəki öhdəliklərinə əməl etməyə və gərginliyin azaldılmasına yönəlmiş dialoqa qayıtmağa çağırırıq”.

Etiketlәr: #İsrail , #ABŞ

Әlaqәli Xәbәrlәr