Co Bayden Yens Stoltenberqi Ağ Evdə qəbul edib

ABŞ prezidenti Co Bayden NATO-nun baş katibi Yens Stoltenberqi Ağ Evdə qəbul edib.

1999247
Co Bayden Yens Stoltenberqi Ağ Evdə qəbul edib

ABŞ prezidenti Co Bayden NATO-nun baş katibi Yens Stoltenberqi Ağ Evdə qəbul edib.
ABŞ-da rəsmi səfərdə olan Yens Stoltenberqlə Ağ Evdə görüşən Co Bayden NATO-dakı liderliyinə görə Yens Stoltenberqə təşəkkür edib.
Co Bayden NATO müttəfiqlərinin əvvəlkindən daha çox birləşdiyini və Rusiya prezidenti Vladimir Putinin bu mövzuda yanıldığını söyləyib. 
Finlandiyanın NATO üzvü olduğunu xatırladan Co Bayden İsveçin çox qısa müddətdə Alyansa üzv olacağına ümid etdiklərini bildirib.
ABŞ-ın NATO-nun bütün müttəfiqləri üçün kollektiv müdafiə öhdəliyi götürən 5-ci maddəsinə qəti şəkildə sadiq olduğunu vurğulayan Co Bayden Yaponiya və Cənubi Koreya kimi Hind-Sakit Okean ölkələrinin Avropadakı müharibəyə qarşı aparılan mübarizəyə verdiyi töhfələri qiymətləndirib.



Әlaqәli Xәbәrlәr