Dünyanın ən böyük təyyarədaşıyan gəmisi

NATO-dan verilən açıqlamaya görə...

1995820
Dünyanın ən böyük təyyarədaşıyan gəmisi

 

  ABŞ-ın “USS Gerald R.Ford” təyyarədaşıyan gəmisi Norveç dənizində planlaşdırılan fəaliyyətləri çərçivəsində müvəqqəti olaraq NATO-nun komandanlığına keçdi.

  NATO-dan verilən açıqlamaya görə, dünyanın ən böyük təyyarədaşıyan gəmisi kimi tanınan “USS Gerald R.Ford” 2 iyundan etibarən NATO-nun komandanlığı altında onu müşayiət edən gəmilərlə birlikdə dəniz təhlükəsizliyi fəaliyyətləri və təlimləri həyata keçirir.

  Planlaşdırılan fəaliyyətlər çərçivəsində Amerika tapşırıq qrupundakı esmineslər və kreyserlər ABŞ təyyarədaşıyan gəmisini Avropada müşayiət edir. NATO ölkələrinin hərbi dəniz donanmaları gəmiləri də NATO-nun komandanlığı altında təyyarədaşıyan gəmi ilə birgə hərəkət halındadır.

  “F-18” döyüş, erkən xəbərdarlıq və nəqliyyat təyyarələri, o cümlədən helikopterləri daşıyan Amerika təyyarədaşıyan gəmisinin transatlantik birliyin davam etdirilməsinin mühüm əlaməti olaraq NATO-nun komandanlığına keçdiyi bildirilib.

  Həmçinin qeyd olunub ki, bu, NATO müttəfiqləri arasında komanda və nəzarət strukturlarının bir-birini əvəz edə bilməsinin və çevikliyinin möhkəmliyini nümayiş etdirir.

  Təyyarədaşıyan gəmi bu həftə NATO komandanlığı altında öz vəzifələrini yerinə yetirəcək.



Әlaqәli Xәbәrlәr