İsrail əsgərləri İordan çayının qərb sahilində bir fələstinlini yaralayıb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin cənubundakı Hebron şəhərində bir fələstinlini yaralayıb.

1981444
İsrail əsgərləri İordan çayının qərb sahilində bir fələstinlini yaralayıb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin cənubundakı Hebron şəhərində bir fələstinlini yaralayıb.
Hadisənin şahidləri Hebronun şimalında Əl-Arrub qaçqın düşərgəsinin girişində fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma olduğunu bildirib.

İsrail qüvvələri fələstinlilərə qarşı həqiqi və metal güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

Fələstin səhiyyə rəsmilərindən əldə edilən məlumata görə, Əl-Arrub qaçqın düşərgəsində İsrail qüvvələri ilə baş verən hadisələrdə bir fələstinli ayağından güllə yarası alıb, onlarla insan gözyaşardıcı qazdan zərər çəkib.

Qeyd edək ki, İsrail qüvvələri son vaxtlar İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə tez-tez basqınlar edərək fələstinliləri həbs edir.

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilinin Yerixo şəhərinə təşkil etdiyi basqında başından güllə yarası alan 17 yaşlı fələstinli Cibril əl-Leda həyatını itirib, 3-ü ağır olmaqla 6 fələstinli yaralanıb.



Әlaqәli Xәbәrlәr