Oleksi Reznikov: ''Ukrayna əks-hücuma hazırlaşır''

Ukraynanın müdafiə naziri Oleksi Reznikov Rusiyaya qarşı əks-hücumla bağlı hazırlığın tamamlanmaq üzrə olduğunu bildirib.

1980834
Oleksi Reznikov: ''Ukrayna əks-hücuma hazırlaşır''

Ukraynanın müdafiə naziri Oleksi Reznikov Rusiyaya qarşı əks-hücumla bağlı hazırlığın tamamlanmaq üzrə olduğunu bildirib.
Oleksi Reznikov Ukrayna Silahlı Qüvvələrinin Mətbuat Mərkəzində keçirilən toplantıda əks-hücum üçün hazırlıqların tamamlanmaq üzrə olduğunu bildirib.
Müttəfiq ölkələrin Ukraynaya göndərəcəyi hərbi texnikanın qismən çatdırıldığına diqqət çəkən Oleksi Reznikov bəzi silah növləri ilə bağlı təlimin sona çatdığını qeyd edib.
Ukraynanın ''Leopard 2'' və ''Challenger'' tankları daxil olmaqla çox sayda müxtəlif tipli zirehli texnikanı təhvil aldığını qeyd edən Oleksi Reznikov deyib: “Leopard 1'' tankları gələcək. Biz daha çox ''Abrams'' tanklarını gözləyirik''.
Ukrayna ordusunun  ''Bradley'' və ''Marder'' başda olmaqla çox sayda zirehli texnika təhvil aldığını bildirən Oleksi Reznikov bu texnikanın hazır vəziyyətə gətirildiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr