Qəzzadakı hökumət İsrailə çağırış etdi

Qəzzakı hökumətinin media ofisindən verilən bəyanatda İsrail ordusunun Rəfah sərhəd-buraxılış məntəqəsini işğal etməsi və yardım maşınlarının girişinə mane olması səbəbindən humanitar böhranın dərinləşdiyi bildirilib

2144378
Qəzzadakı hökumət İsrailə çağırış etdi

Qəzzadakı hökumət İsrailin sərhəd-buraxılış məntəqələrini bağlaması və humanitar yardımların bölgəyə daxil olmasına mane olması nəticəsində Qəzza şəhərində və Qəzza zolağının şimalında ərzaq qıtlığının yenidən baş qaldırdığı ilə bağlı xəbərdarlıq edib.
Qəzzakı hökumətinin media ofisindən verilən bəyanatda İsrail ordusunun Rəfah sərhəd-buraxılış məntəqəsini işğal etməsi və yardım maşınlarının girişinə mane olması səbəbindən humanitar böhranın dərinləşdiyi bildirilib.
Bəyanatda İsrailin Qəzza zolağını mühasirəyə alması səbəbindən Qəzza şəhəri ilə Qəzza zolağının şimalında ərzaq qıtlığının yaşandığı qeyd olunub.
Bəyanatda həmçinin İsrail ordusuna Rəfah sərhəd-buraxılış məntəqəsindən geri çəkilməsi ilə əlaqədar çağırış edilib və sərhəd-buraxılış məntəqələrinin Qəzza zolağına yardım çatdırmaq, ərzaq təhlükəsizliyi böhranının və Qəzzanın bütün bölgələrini təhdid edən aclığın qarşısını almaq üçün ən uyğun və təsirli üsul olduğu vurğulanıb.



Әlaqәli Xәbәrlәr