Keniyada ölənlərin sayı 109 nəfərə çatıb

Keniyada dünyanın sonunu gözləyərək aclıqdan ölənlərin sayı 109 nəfərə çatıb

1980646
Keniyada ölənlərin sayı 109 nəfərə çatıb

Keniyanın Malindi şəhərində “İsa peyğəmbərlə qarşılaşacağına söz verilən” və ölüm “oruc”unda həyatını itirənlərin sayı 109 nəfərə çatıb.

Bu barədə Keniyanın “Nation” qəzeti polisə istinadən məlumat yayıb.

Bildirilir ki,  son olaraq  5-i uşaq olmaqla  daha 11 cəsəd tapılıb. Onlar da hamı kimi Malindi şəhəri yaxınlığında yerləşən Şakahol meşəsindəki qəbirlərin içərisində aşkarlanıb. Məzarların içərisində bir neçə nəfər basdırılıb. 112 nәfәrin  isә  itkin  olduğu tәxmin edilir.

 



Әlaqәli Xәbәrlәr