Rusiyada dost olmayan ölkələrə məxsus aktivlərə qəyyum təyin ediləcək

Rusiya prezidenti Vladimir Putin ölkəsində qeyri-dost ölkələrə məxsus aktivlərə qəyyumların təyin edilməsinə icazə fərman imzalayıb.

1979722
Rusiyada dost olmayan ölkələrə məxsus aktivlərə qəyyum təyin ediləcək

Məlumata görə Rusiyada başda ABŞ olmaqla, dost olmayan ölkələrin aktivlərinə qəyyum təyin edilməsinə icazə verən fərmanda sözügedən aktivlərə nəzarət Rusiya Federal Dövlət Əmlakının İdarə Olunması Agentliyi tərəfindən həyata keçiriləcək.

Bu kontekstdə sərəncamda Almaniyanın Uniper və Finlandiyanın Fortum şirkətlərinin Rusiyadakı aktivlərinin idarə olunması üçün müvəkkil təyin edildiyi bildirilib.

Uniperin Rusiyada beş geotermal elektrik stansiyası, Fortumun yeddi geotermal elektrik stansiyası, eləcə də müxtəlif elektrik enerjisi istehsalı və paylama sərmayələri mövcutdur.



Әlaqәli Xәbәrlәr