Qlobal hərbi xərclərdə rekord artım

Dünya miqyasında hərbi xərclərdə illik 3.7 % artım qeydə alınıb.

1978637
Qlobal hərbi xərclərdə rekord artım

TRT xəbər verir ki bu rəqəm Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2022-ci il üçün tədqiqatının nəticələrində əks olunub.

Rusiyanın Ukraynaya qarşı apardığı hərtərəfli müharibə xüsusilə Avropa ölkələrini hərbi büdcələrinə yenidən diqqət yetirməyə vadar edib. NATO üzvü olan ölkələr 2024-cü ilə qədər milli ÜDM-in 2%-i həcmində müdafiə xərcləri hədəfinə çatmaq barədə razılığa gəliblər və bir çoxları yavaş-yavaş bu hədəfə doğru getməyə çalışırlar.

Almaniyanın iqtisadi araşdırma mərkəzi olan Kiel İnstitutunun məlumatına görə, təkcə ABŞ Ukraynanın müdafiəsinə 47 milyard dollardan çox töhfə verib. Xərclərin birbaşa silahlara yönələn hissəsi ölkəyə görə dəyişir və onun nə dərəcədə effektiv investisiya edildiyini qiymətləndirmək çətin ola bilər. 

Silah sistemləri böyük və mürəkkəbdir və onların hazırlanması, satın alınması və istifadəyə verilməsi illər çəkə bilər.

Hesabata görə, 2022-ci ildə ABŞ-ın rəsmi müdafiə büdcəsi 877 milyard dollar (790 milyard avro) təşkil edib. Bu, qlobal hərbi xərclərin 39%-ni təşkil edir. ABŞ-ın müdafiə büdcəsini artırmağın əsas səbəbi olan Çin, keçən il 292 milyard dollar (263 milyard avro) ayırmaqla ikinci yerdədir. Çin Sakit Okean qonşuluğunda hərbi əzələlərini gücləndirir.

Türkiye isə dünyada müdafiə xərcləri ən çox olan 23-cü ölkədir (10 milyard 600 milyon dollar).



Әlaqәli Xәbәrlәr