İran və Qətərin XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Qətərin baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

1978079

İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Hüseyn Əmir Abdullahiyan və həmkarı Məhəmməd bin Əbdürrəhman Əl Sani arasında telefon danışığı olub.
Nazirlər İran və Qətər arasında əməkdaşlığın gücləndirilməsini vurğulayaraq, regional və beynəlxalq məsələlər, Ukraynada baş verənlər və nüvə danışıqları ilə bağlı məsləhətləşiblər.
Abdullahiyan və Əl Sani bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər.
İran Xarici İşlər Nazirliyindən verilən başqa bir bəyanatda Abdullahiyanın İslam ölkələrindəki həmkarlarını ayrı-ayrılıqda Ramazan bayramı münasibətilə təbrik etdiyi bildirilib.

Әlaqәli Xәbәrlәr