Avropa Parlamenti ilə Ukrayna Parlamenti arasında komitələrarası iclas keçirildi

Avropa Parlamenti ilə Ukrayna Parlamenti arasında ilk komitələrarası iclas keçirilib.

1974047
Avropa Parlamenti ilə Ukrayna Parlamenti arasında komitələrarası iclas keçirildi

Avropa Parlamenti ilə Ukrayna Parlamenti arasında ilk komitələrarası iclas keçirilib. İclasda Ukraynanın Avropa İttifaqına tam hüquqlu üzvlük prosesi müzakirə olunub.
Bağlı qapılar arxasında keçirilən görüşdən sonra verilən yazılı açıqlamaya görə, Avropa Parlamentinin aparıcı üzvləri Ukraynanın Aİ-yə inteqrasiya prosesində əllərindən gələni etməyə davam edəcəklərini bildiriblər.
İclasın açılışında çıxış edən Avropa Parlamentinin prezidenti Roberta Metsola deyib: ''Bugünkü görüş bizim iki qurum arasında dərin, hərtərəfli və nəzərə çarpan sektor əməkdaşlığının başlanğıcını göstərir. Bu, Ukraynanın Avropa yolu üçün çox vacib olan bir əməkdaşlıqdır. Bu, bizim müzakirə etdiyimiz və razılaşdığımız bir məsələdir, çünki Ukraynanın gələcəyinin Aİ üzvlüyündə olduğuna heç bir şübhə yoxdur”.
Roberta Metsola Ukraynanın Avropa İttifaqına tam hüquqlu üzvlük prosesi ilə bağlı danışıqların bu il başlayacağına ümid etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr