İran nümayəndə heyətinin həftənin sonuna kimi Səudiyyə Ərəbistanına səfəri gözlənilir

İran Səudiyyə Ərəbistanında səfirlik və konsulluq açmaq üçün həftənin sonuna qədər iki ayrı nümayəndə heyətinin ölkəyə gedəcəyini bildirib.

1972090
İran nümayəndə heyətinin həftənin sonuna kimi Səudiyyə Ərəbistanına səfəri gözlənilir

İran Səudiyyə Ərəbistanında səfirlik və konsulluq açmaq üçün həftənin sonuna qədər iki ayrı nümayəndə heyətinin ölkəyə gedəcəyini bildirib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Fars körfəzinin baş direktoru Əli Rza Enayəti İranın səfirlik və konsulluğunun açılması ilə bağlı verdiyi açıqlamada Səudiyyə Ərəbistanı ilə ilkin məsləhətləşmələrin aparıldığını bildirib.

İran nümayəndə heyətinin Xarici İşlər Nazirliyindəki işində son mərhələyə çatdığını qeyd edən Enayəti "Bütün inzibati işlər tamamlandı. Həftənin sonuna qədər nümayəndə heyətinin Səudiyyə Ərəbistanına yola düşməsi gözlənilir" deyib.

Enayəti qeyd edib ki, Ər-Riyaddakı səfirlik və Ciddədəki konsulluğun yenidən açılması üçün hazırlıqları yerinə yetirmək və lazımi tədbirləri görmək üçün iki ayrı İran nümayəndə heyəti təyin edilib.

İki tərəf arasında imzalanan hava nəqliyyatı müqaviləsinin aktivləşməsi üçün texniki heyətlərin bir-biri ilə görüşməsinin vacibliyini qeyd edən Enayəti onu da deyib ki, bunu əsas götürərək, İran və Səudiyyə Ərəbistanı arasında gediş-gəliş uçuşlarının bərpasına qərar verildi. 

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı qarşılıqlı olaraq səfirliklərin açılması qərarına gəlib.



Әlaqәli Xәbәrlәr