İsrailin Qəzza zolağına hücumları nəticəsində səhiyyə və təhsil müəssisələrinə ziyan dəyib

İsrailin Qəzza zolağına hücumları nəticəsində səhiyyə və təhsil müəssisələri ilə mülki evlərə ziyan dəyib.

1971677
İsrailin Qəzza zolağına hücumları nəticəsində səhiyyə və təhsil müəssisələrinə ziyan dəyib

İsrailin Qəzza zolağına hücumları nəticəsində səhiyyə və təhsil müəssisələri ilə mülki evlərə ziyan dəyib.
Bu barədə Fələstin Təhsil Nazirliyindən verilən məlumatda bildirilib.
İsrail döyüş təyyarələrinin Qəzza zolağının şərqindəki bölgəni bombalaması nəticəsində mülki şəxslərə aid bəzi evlərə də ziyan dəyib.
Fələstin Səhiyyə Nazirliyi də hücumların Qəzza zolağının şərqində yerləşən Ed-Durra Uşaq Xəstəxanasına ziyan vurduğunu açıqlayıb.
İsrail polisinin Əqsa məscidindəki camaata səs bombaları, rezin güllə və dəyənəklərlə hücum etməsi işğal altındakı Şərqi Qüdsdə gərginliyi artırıb.
İsrail ordusu aprelin 6-da Livandan ölkənin şimal bölgələrinə raketlər atıldığını açıqlayıb. Ordu axşam saatlarında Livandan İsrailin şimalına üç raket  mərmisinin atıldığını bildirib.
Ölkənin təcili yardım xidməti isə hücumlar nəticəsində bir israillinin yüngül yaralandığını, bir nəfərin isə sığınacağa qaçarkən yaralandığını bildirib.
İsrail ordusu raketlərin HƏMAS-ın Livanda yerləşən qüvvələri tərəfindən atıldığını irəli sürüb və hücumlara görə HƏMAS-ın məsuliyyət daşıdığını qeyd edib.



Әlaqәli Xәbәrlәr