Çin ABŞ nümayəndə heyətinin Tayvana etdiyi səfərə reaksiya verdi

Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun rəhbərlik etdiyi nümayəndə heyəti Tayvana səfər edib.

1971411
Çin ABŞ nümayəndə heyətinin Tayvana etdiyi səfərə reaksiya verdi

Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkolun rəhbərlik etdiyi nümayəndə heyəti Tayvana səfər edib.
Komitənin rəsmi saytında verilən bəyanatda Makkolun rəhbərlik etdiyi respublikaçı və demokrat deputatlardan ibarət nümayəndə heyətinin Asiya ölkələrinə səfəri çərçivəsində Taybeyə səfər etdiyi bildirilib.
Tayvanın CNA xəbər agentliyinin yaydığı məlumata əsasən, hava limanında jurnalistlərin suallarını cavablandıran Makkol ABŞ-ın bu ölkəyə olan dəstəyini nümayiş etdirmək  üçün Tayvana səfər etdiklərini bildirib. Maykl Makkol deyib: ''Düşünürəm ki, bu addım Çinə bir siqnaldır''.
Maykl Makkol həmçinin Çinin Tayvanı işğal etməzdən əvvəl iki dəfə düşünməsini  istədiklərini söylədi.
Xəbərə görə, Maykl Makkol səfərindən əvvəl Çindən  təhdid mesajları aldığını bildirib.
Nümayəndə heyətinin şənbə günü (sabah) Tayvanın lideri Tsay İnq-ven ilə də görüşü gözlənilir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti dünən Mərkəzi Amerika ölkələrinə səfəri çərçivəsində ABŞ-a gedən Tayvan lideri Tsai İnq-ven ilə görüşüb.
Bu arada Çin rəsmi Vaşinqtonu Tayvan lideri Tsay İnq-ven ilə ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşünə görə tənqid edib.
Xarici İşlər Nazirliyindən verilən bəyanatda ABŞ-ın  Çinin xəbərdarlıqlarına və etirazlarına baxmayaraq, Tsainin  səfərinə və Nümayəndələr Palatasının sədri və Konqres üzvləri ilə görüşməsinə icazə verərək ona Tayvanın müstəqilliyini müdafiə edən separatçı fikirlərini ifadə etmək üçün zəmin yaratdığı ifadə edilib.
Bəyanatda  Vaşinqton rəhbərliyinin Tayvanın müstəqilliyini müdafiə edən separatçıların öz torpaqlarında siyasi fəaliyyət göstərməsinə icazə verərək Tayvan səlahiyyətliləri ilə əməkdaşlıq etdiyi və bu səfərin ABŞ və Tayvan arasında rəsmi bir təmas olduğu, beləliklə də Tayvan hökuməti ilə əməkdaşlığını yüksək səviyyəyə çatdırdığı bildirilib.
Bəyanatda səfər və görüşün “bir Çin” prinsipini və Çin-ABŞ münasibətlərinin əsasını təşkil edən Üç Birgə Bəyannamənin müddəalarını pozduğu, Çinin suverenliyi və ərazi bütövlüyünə təhlükə yaratdığı və Tayvanın müstəqilliyini müdafiə edən separatçılara yanlış mesaj verdiyi vurğulanıb.
ABŞ administrasiyasının Tayvan məsələsini Çini mühasirəyə almaq üçün istifadə etdiyinə dair fikirlərin yer aldığı bəyanatda rəsmi Vaşinqtona “bir Çin'' prinsipinə sadiq olması və yanlış ilə təhlükəli yolda daha da irəli getməməsi ilə əlaqədar çağırış edilib.Çinin qanunverici orqanı olan Milli Xalq Konqresi Çin Kommunist Partiyasının bölgə ilə əlaqələrdən məsul olan Tayvan Əmək Bürosu və Müdafiə Nazirliyi də oxşar bəyanatlardan ibarət qınama mesajları yayıb.


Etiketlәr: #Tayvan , #ABŞ , #Çin

Әlaqәli Xәbәrlәr