İsraildə helikopter qəzaya uğrayıb, pilot həlak olub

İsrailin şimal-qərbində yerləşən Netaniya şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

1969696
İsraildə helikopter qəzaya uğrayıb, pilot həlak olub

İsrailin şimal-qərbində yerləşən Netaniya şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.

Bu barədə İsrail təcili xidməti - Qızıl Davud Ulduzu məlumat yayıb.

Bildirilib ki, helikopterdə yalnız 50 yaşlı pilot olub. Hadisə yerinə gələn həkimlər onu dağıntılar altından çıxararaq köməklik göstərməyə çalışsalar da, pilot aldığı xəsarətlərdən keçinib.

Hadisənin səbəbləri barədə hələ məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr