Hindistan və Fransa orduları arasında ilk birgə hərbi təlimə start verilib

Hindistan və Fransa orduları arasında “FRINJEX-23” adlı ilk birgə hərbi təlimə martın 7-də start verilib.

1956581
Hindistan və Fransa orduları arasında ilk birgə hərbi təlimə start verilib

Hindistan və Fransa orduları arasında “FRINJEX-23” adlı ilk birgə hərbi təlimə martın 7-də start verilib.

Hindistan Ordusunun Cənub Komandanlığı tviter hesabında etdiyi paylaşımda "Hindistan Ordusu ilə Fransa Ordusu arasında ilk birgə hərbi təlim olan "FRINJEX 2023" Thiruvananthapuramda başlayıb. Təlim iki ölkənin orduları arasında əməkdaşlıq və sinerjini artırmaq məqsədi daşıyır" deyilib.

Müdafiə Nazirliyinin martın 6-da verdiyi açıqlamada martın 7-də başlayan 2 günlük təlimin Kerala əyalətinin paytaxtı Thiruvananthapuramdakı Panqode hərbi bazasında keçiriləcəyi bildirilib.

Açıqlamada iki ordunun ilk dəfə birgə təlim keçirdiyinə dair məlumat yer alıb.



Әlaqәli Xәbәrlәr