Antoni Blinken Qazaxıstan, Özbəkistan və Hindistana səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-dən martın 3-dək Qazaxıstan, Özbəkistan və Hindistana səfər edəcək.

1951095
Antoni Blinken Qazaxıstan, Özbəkistan və Hindistana səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken fevralın 28-dən martın 3-dək Qazaxıstan, Özbəkistan və Hindistana səfər edəcək.

ABŞ-ın Dövlət Departamentindən verilən yazılı açıqlamada bildirilib ki, Blinken 28 fevralda Qazaxıstanda Astana şəhərinə baş çəkəcək və yüksək səviyyəli Qazaxıstan rəsmiləri ilə ikitərəfli əməkdaşlığı müzakirə edəcək.

Bildirilib ki, Blinken daha sonra Qazaxıstan, Qırğızıstan Tacikistan, Türkmənistan və Özbəkistan, olmaqla 5 Orta Asiya ölkəsi və ABŞ-dan ibarət C5+1 qrupu nazirlərinin iclasında iştirak edəcək. 

Bilinkenin burada ABŞ-ın Orta Asiya ölkələrinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə olan sadiqliyini bir daha ifadə edəcəyi vurğulanıb.  

Açıqlamada C5+1 görüşü çərçivəsində regional və ikitərəfli mövzuları müzakirə etmək üçün bu ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirəcəyi qeyd edilib.

ABŞ Dövlət Departamentinin rəhbəri daha sonra Daşkəndə gedəcək və orada Özbəkistanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək. Martın 1-də Blinken Nyu-Dehliyə uçacaq və burada G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.



Әlaqәli Xәbәrlәr