ABŞ Somalilandda toqquşmaların dayandırılması ilə bağlı çağırış edib

Amerika Birləşmiş Ştatları (ABŞ) Somalilandda təhlükəsizlik qüvvələri ilə müxalifət arasında baş verən toqquşmaların dərhal dayandırılması ilə əlaqədar çağırış edib.

1951011

ABŞ-ın Somalidəki Diplomatik Nümayəndəliyi fevralın 6-dan etibarərən Las Anod şəhərində Somaliland qüvvələri ilə müxaliflər arasında davam edən qarşıdurmalarla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:“ABŞ və beynəlxalq ictimaiyyət Las Anodda baş verən toqquşmaların dayandırılması ilə bağlı çağırış edir”. 
Bəyanatda həmçinin seçkilərin vaxtında keçirilməsi ilə əlaqədar danışıqların aparıldığı bildirilib.
Qeyd edək ki, amerikalı diplomat Tim Trenklenin rəhbərliyindəki nümayəndə heyəti Somalilanda səfər edərək bölgədəki rəsmi və mülki nümayəndələrlə görüşüb.
Somaliland qüvvələri ilə müxalifət arasında davam edən qarşıdurmalarda ölənlərin sayı 150-yə, yaralıların sayı isə 600-ü keçib.
Birləşmiş Millətlər Təşkilatı minlərlə Somali vətəndaşının münaqişə səbəbindən Efiopiyaya sığındığını açıqlayıb.
Müxaliflər Somaliland əsgərlərinin Sool, Sanaaq və Ceyni bölgələrindən çıxmasını və bu bölgələrin Somaliyə tabe olmasını istəyir.

Әlaqәli Xәbәrlәr