Entoni Blinken Türkiyeyə səfər edəcək

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ nəticəsində zərər görən bölgələrə yardımlar başda olmaqla bir çox mövzunu müzakirə etmək üçün Türkiyeyə səfər eedəcək.

1947214
Entoni Blinken Türkiyeyə səfər edəcək

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken fevralın 6-da Kahramanmaraşda baş verən və "əsrin fəlakəti" olaraq adlandırılan zəlzələ nəticəsində zərər görən bölgələrə yardımlar başda olmaqla bir çox mövzunu müzakirə etmək üçün Türkiyeyə səfər edəcək.
ABŞ Dövlət Departamentindən verilən bəyanatda Entoni Blinkenin fevralın 16-da Münxen Təhlükəsizlik Konfransına qatılmaq üçün Almaniyaya səfər edəcəyi bildirilib. Bəyanatda konfransda Ukraynaya dəstək, regional təhlükəsizlik və Karramanmaraş şəhərində baş verən zəlzələ səbəbindən Türkiyenin 11 şəhəri ilə Suriyanın şimalındakı bölgələrə ediləcək yardımların da müzakirə olunacağı qeyd olunub. 
Entoni Blinkenin fevralın 19-da Türkiyeyə səfər edəcəyi və ABŞ-ın zəlzələnin yaşandığı bölgələrdə həyata keçirilən xilasetmə əməliyyatlarına verdiyi dəstək ilə yerində tanış olmaq üçün ilk olaraq İncirlik Hava Bazasına baş çəkəcəyi bildirilib.
Bəyanatda Entoni Blinkenin daha sonra paytaxt Ankaraya səfər edəcəyi qeyd olunub.
“Blinken burada xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslər ilə NATO müttəfiqi Türkiye ilə tərəfdaşlığı daha da gücləndirməyin yollarını, habelə ABŞ-ın Türkiye və türk xalqına verdiyi  dəstəyi müzakirə edəcək. Entoni Blinken həmçinin Türkiye hökumətinə Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə transsərhəd yardıma verdiyi dəstəyə görə təşəkkür edəcək”,-deyə ABŞ Dövlət Departamentindən verilən bəyanatda vurğulanıb. 
Entoni Blinkenin daha sonra Afinaya gedərək Yunanıstanın baş naziri Kiryakos Miçotakis, xarici işlər naziri Nikos Dendias və  Aleksis Çiprasla görüşəcəyi də bildirilib.



Әlaqәli Xәbәrlәr