Ned Prays: "Zəlzələ təkcə Türkiye və Suriyanı deyil, bütün dünyanı sarsıdıb

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays zəlzələnin görüntülərinin dəhşətli olduğunu, insanlara yardım üçün gecə-gündüz çalışdıqlarını bildirib.

1946180
Ned Prays: "Zəlzələ təkcə Türkiye və Suriyanı deyil, bütün dünyanı sarsıdıb

Zəlzələnin görüntüləri dəhşətlidir, insanlara yardım üçün gecə-gündüz çalışırıq.

Bu sözləri gündəlik mətbuat brifinqində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

O qeyd edib ki, dağıntılara və insan tələfatı baxımından bu zəlzələ təkcə Türkiye və Suriyanı deyil, bütün dünyanı sarsıdıb.

ABŞ-ın Türkiye və Suriyada axtarış, xilasetmə və yardım səyləri üçün əlavə avadanlıqlar və resurslar səfərbər etdiyini vurğulayan Prays çox çətin şəraitdə gecə-gündüz işləyən humanitar yardım qruplarının və xilasedicilərin inanılmaz fədakarlığını yüksək qiymətləndirib.

Sözçü qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Türkiyedən transsərhəd yardımların çatdırılmasına icazə verilməsi daxil, beynəlxalq ictimaiyyətin Suriyada zəlzələdən təsirlənən bölgələrə yardımın çatdırılması üçün bütün gücü ilə işləmək mövzusunda əxlaqi məsuliyyəti var.

“Bu, siyasi deyil, insani məsələsidir. Biz dünya ölkələrini Türkiye və Suriya xalqlarına dəstək olmaq üçün əllərindən gələni etməyə çağırırıq", - Prays bildirib.

Digər tərəfdən, ABŞ-ın Massaçusets ştatının paytaxtı Bostonda bəzi simvolik körpülər qırmızı və ağ rənglərlə işıqlandırılıb.

Türkiyenin Bostondakı Baş Konsulluğu tərəfindən edilən paylaşımda "Bostondakı simvolik körpülər zəlzələ səbəbindən bayrağımızın rəngləri ilə işıqlandırıldı. Bu həmrəyliyə görə təşəkkür edirik" ifadələrdən istifadə olunub.



Әlaqәli Xәbәrlәr