Makron zəlzələlərə görə Türkiye ilə həmrəy olduqlarını bildirib

Fransa prezidenti Emmanuel Makron fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərə görə Türkiye ilə həmrəy olduqlarını bildirib.

1944841
Makron zəlzələlərə görə Türkiye ilə həmrəy olduqlarını bildirib

Fransa prezidenti Emmanuel Makron fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərə görə Türkiye ilə həmrəy olduqlarını bildirib.

Makron Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə Avropa İttifaqı (Aİ) liderlərinin zirvə toplantısından sonra mətbuata açıqlama verib.

E.Makron Kahramanmaraşda "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərlə bağlı bunları deyib:

“Türkiye və Suriyanın şimal-qərbində baş verən dəhşətli zəlzələ və onun qurbanlarına həmrəyliyimizi və dəstəyimizi ifadə etmək istərdim”.

Zəlzələ günü prezident Rəcəb Tayyib Ərdoğana zəng vurduğunu və Fransa adından başsağlığı verdiyini xatırladan Makron Fransa da daxil olmaqla bir çox Aİ ölkəsinin mülki müdafiə qrupları göndərdiyini vurğulayıb.

Ölkəsindən 140 nəfərlik bir qrupun Türkiyedəki xilasetmə işlərinə qatıldığını qeyd edən Makron ehtiyac və prioritetlərə uyğun olaraq həmrəyliyin ifadəsi olaraq yardımları artırmağa hazır olduqlarını vurğulayıb.



Әlaqәli Xәbәrlәr