Bayden: “Ukraynaya F-16 verilməyəcək”

ABŞ prezidenti Cozef Bayden F-16 döyüş təyyarələrinin Ukraynaya verilməyəcəyini bildirib.

1939880
Bayden: “Ukraynaya F-16 verilməyəcək”

Cozef Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında bu barədə danışıb. O bir jurnalistin özünə ünvanladığı “ABŞ Ukraynaya F-16-lar verəcəkmi”? sualına xeyr deyərək cavab verib.

Bayden Rusiya-Ukrayna müharibəsinin ildönümündə Avropaya səfər edib-etməyəcəyinə dair bir suala da konkret cavab verməsə də Polşaya səfər edəcəyini, ancaq bunun nə vaxt reallaşacağının məlum olmadığını qeyd edib.



Әlaqәli Xәbәrlәr