Mahmud Abbas Türkiyeyә tәşәkkür edib

Fələstin prezidenti Mahmud Abbas Türkiyenin Fələstin üçün əhəmiyyətinə diqqət çəkərək deyib:''Beynəlxalq arenada göstərdiyi dəstəyə görə Türkiyə Respublikasına və onun qurumlarına təşəkkür edirik”.

1936009

Fələstin Dövlətinin başçısı Abbas işğal altındakı İordan çayının qərb sahilində Konstitusiya Məhkəməsinin sədri, professor  Zühtü Arslan və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Ramallahda keçirilən görüşdə Türkiyenin Qüdsdəki baş konsulu, səfir Əhməd Rıza Dəmirər də iştirak edib.

Mahmud Abbas bildirib ki, Türkiye İslam dini üçün  müqəddəs olan yerləri qoruyur.

“Bütün beynəlxalq forumlarda Fələstinin yanında olduğu üçün Türkiyəyə təşəkkür edirik”,-deyə Mahmud Abbas vurğulayıb.

Türkiye nümayəndə heyətinin yaydığı bəyanatda deyilir: ''Fələstin xalqı ilə həmrəyliyimizi hər platformada davam etdirəcəyik".

Әlaqәli Xәbәrlәr