İsveçdə türk əsilli Məhərrəm Dəmirok partiya liderliyinə yeganə namized olub

İsveçdə Mərkəzi Partiyasının fevralın 2-də keçiriləcək qurultayında türk əsilli millət vəkili Məhərrəm Dəmirok partiya liderliyinə yeganə namizəd kimi irəli sürülüb.

1931491

Mərkəzi Partiyasının lideri Annie Löf konqresdə namizəd olmayacağını elan etdikdən sonra millət vəkilləri Məhərrəm Demirok, Daniel Bakström və Yelizabetth Thand Rinqvist namizədliklərini irəli sürüblər.

Mərkəzi Partiyasının İdarə Heyətindən verilən açıqlamada Dəmirokun fevralın 2-də keçiriləcək qurultayda yeganə namizəd olduğu qeyd edilib.

Açıqlamada Dəmirokun yaxşı ünsiyyət bacarıqlarına və partiyaya rəhbərlik edəcək xüsusiyyətlərə malik olduğu bildirilib.

Dəmirok da açıqlamasında onun üçün çox əhəmiyyətli bir gün olduğunu bildirib.

Qeyd edək ki, 21 ildir Mərkəzi Partiyasında siyasətlə məşğul olan Dəmirok Linköping şəhərində 12 il Ətraf Mühit və Enerjidən məsul bələdiyyə başçısı vəzifəsində işləyib.

Türkiyenin Konya vilayətinin Kulu rayonundan İsveçə gedən bir fəhlə ailəsinin oğlu Dəmirok 11 sentyabrda keçirilən ümumi seçkilərdə Mərkəzi Partiyasından millət vəkili seçilib.

Mərkəzi Partiyası parlamentdə 24 yerlə təmsil olunan ölkənin 5-ci ən böyük partiyasıdır.

Әlaqәli Xәbәrlәr