Yens Stoltenberq Qərbi bu ölkə üçün dəstəyə çağırıb

NATO-nun baş katibi Yens Stoltenberq Qərbi, Ukraynaya uzunmüddətli dəstək verməyə hazırlaşmağa çağırıb

1926583
Yens Stoltenberq Qərbi bu ölkə üçün dəstəyə çağırıb

NATO müttəfiqləri Kiyevə uzunmüddətli dəstək verməyə hazırlaşmalıdırlar, çünki Rusiya güzəştə getmək istəyini nümayiş etdirmir.

TRT xəbər  verir  ki bunu NATO-nun baş katibi Yens Stoltenberq BBC-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, NATO-nun Ukraynaya hərbi dəstəyi Moskvanı danışıqlar masasına oturmağa və hərbi əməliyyatı dayandırmağa məcbur edəcək.

O qeyd edib ki, Rusiyada səfərbərlikdən sonra hərbçilərin sayı artıb və səfərbər olunanların çoxu hazırda təlim keçir: “Bütün bunlar göstərir ki, rus qoşunları müharibəni davam etdirməyə və mümkün yeni hücum cəhdinə hazırlaşır”.

 

 



Әlaqәli Xәbәrlәr