Kiyevdə partlayışlar baş verib

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışların baş verdiyini bildirib.

1925338
Kiyevdə partlayışlar baş verib

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışların baş verdiyini bildirib.
Kliçko teleqram kanalında "Paytaxtda bir neçə partlayış olub" yazıb. 
Kliçko həmçinin deyib ki, Kiyevdə elektrik enerjisinin verilməsində  məhdudiyyətlər ola bilər.
Kiyevin hava məkanında Ukrayna hava hücumundan müdafiə sistemlərinin işlək vəziyyətdə olduğu görülüb.
Digər tərəfdən Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığından verilən yazılı açıqlamada Rusiya qüvvələrinin ölkəyə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr