Çində xaricdən gələnlər məcburi karantinə cəlb olunmayacaqlar

Çində yanvarın 8-dən etibarən xaricdən gələnlər məcburi karantinə cəlb olunmayacaqlar.

1924089
Çində xaricdən gələnlər məcburi karantinə cəlb olunmayacaqlar

Çində yanvarın 8-dən etibarən xaricdən gələnlər məcburi karantinə cəlb olunmayacaqlar.

2020-ci ilin əvvəlindən Çinə gələnlər 7-28 gün ərzində mehmanxanalarda öz hesabına məcburi karantinə cəlb olunurdu. Bundan başqa, Çinə səfər etmək üçün ölkənin xaricdəki diplomatik nümayəndəliklərindən “yaşıl kod” almaq lazım gəlirdi. Bundan sonra uçuşa 48 saat qalmış verilən PCR testinin neqativ nəticəsi ilə Çinə səyahət etmək mümkün olacaq.

Yeni qərara görə, Çin yeni növ koronavirusun “A” kateqoriyalı yoluxucu xəstəlik statusunu ləğv edərək, onu “B” kateqoriyalı xəstəlik elan edib.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin qərarı ilə yanvarın 8-dən "Covid-19" “B” kateqoriyalı xəstəlik kimi təsnif ediləcək və “yeni növ koronavirus sətəlcəmi” deyil, “yeni növ koronavirus virusu” adlandırılacaq.



Әlaqәli Xәbәrlәr