Tayvanda güclü zəlzələ baş verib

Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib.

1922260
Tayvanda güclü zəlzələ baş verib

Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib.
Seysmoloji xidmətin verdiyi məlumata görə, zəlzələnin episentri Tayvan adasının cənub-şərq sahilindəki Taitunq şəhərindən 28,8 kilometr aralıda, ocağı da 7,2 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların Taitunq ilə yanaşı cənubdakı Kaohsiung şəhəri və ətrafında da hiss olunduğu bildirilib.
Məlumata əsasən, zəlzələ nəticəsində ölən və ya yaralanan olmayıb.
Amerika Geoloji Xidməti zəlzələnin 4,8 bal gücündə olduğunu açıqlayıb.
Sentyabrın 18-də Tayvanın Taitunq şəhərində baş verən zəlzələ nəticəsində 1 nəfər ölmüşdü, 164 nəfər də yaralanmışdı.

 



Әlaqәli Xәbәrlәr