İsveçin Xarici işlər naziri Tobias Billström Türkiyedə səfərdədir

İsveç Xarici  işlən  naziri  Ankadadakı təmasları çərçivəsində Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə  bir araya gələcək.

1922359
İsveçin Xarici işlər naziri Tobias Billström Türkiyedə səfərdədir

Görüşdə ikitərəfli münasibətlər müzakirə olunacaq. Türkiyə-Aİ arasındakı əlaqələr, İsveçin NATO-ya üzvlük prosesi, regional və beynəlxalq məsələlərin  gündəmə  daxil ediləcəyi  danışıqlardan sonra iki nazir birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, 2023-cü ilin yanvarında İsveç Avropa İttifaqının  müddətli  sədrlik vəzifəsini  öhdəsinə  götürəcək.

Türkiyə iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində üzvlük üçün müraciət edən Finlandiya və İsveçə veto qoyur. Terror təşkilatlarına açıq dəstək verən iki ölkə ilə protokol imzalayan Ankara verilən vədlərin yerinə yetirilməsini gözləyir.



Әlaqәli Xәbәrlәr