Yәmәnin XİN rәhbәri husilәrә çağırış edib

Yəmənin xarici işlər naziri Əhməd Avad bin Mübarək Türkiyenin Yəmən xalqına verdiyi dəstəkdən məmnun olduqlarını və Türkiyə ilə əməkdaşlığı inkişaf etdirmək istədiklərini bildirib.

1922062

Bu gün Türkiyeyə gəlməsi gözlənilən Yəmənin xarici işlər naziri  Mübarək səfərindən əvvəl Anadolu agentliyinə açıqlama verərək İranın dəstəklədiyi husiləri beynəlxalq qərarlara əməl etməyə çağırıb.

Türkiyənin Yəmən xalqına dəstəyini vurğulayan Mübarək deyib:

''Türkiyənin Yəmənin yanında olaraq yəmənliləri dəstəkləməsi və qəbul etməsini alqışlayırıq”.

Türkiyə ilə münasibətləri inkişaf etdirməyi hədəflədiklərini bildirən yəmənli nazir deyib:''Səfər zamanı inkişaf, mədəniyyət, səhiyyə və humanitar yardım başda olmaqla iki ölkə arasındakı əməkdaşlığı müzakirə edəcəyik”.

Məlumata əsasən, Əhməd Avad bin Mübarək dekabrın 24-dək Türkiyedə olacaq.

Qeyd edək ki, Yəməndə Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüsü ilə aprel ayında əldə edilən atəşkəs oktyabrın 2-də başa çatıb.

Әlaqәli Xәbәrlәr