ABŞ Livana 3 hərbi helikopter verib

Amerika Birləşmiş Ştatları Livana 3 ədəd HUEY II tipli hərbi helikopter verib.

1920081
ABŞ Livana 3 hərbi helikopter verib

Amerika Birləşmiş Ştatları Livana 3 ədəd HUEY II tipli hərbi helikopter verib.
Helikopterlər Beyrut hərbi hava bazasında keçirilən mərasimdə bu ölkəyə təhvil verilib.
Mərasimdə ABŞ-ın Beyrutdakı səfiri Doroti Şi, Livan Baş Qərargah rəisinin texniki məsələlər üzrə müavini, general Ziyad Heyker və Livan ordusu ilə Amerika Birləşmiş Ştatlarının Livandakı səfirliyinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Co Bayden administrasiyası sentyabrın 9-da Livan ordusunun tgücləndirilməsi üçün 47 milyon dollarlıq hərbi yardım paketini təsdiqləmişdi.



Әlaqәli Xәbәrlәr