Volodimir Zelenski: ''Rusiya qüvvələri Donbasa ağır zərbələr endirir''

Bu barədə Volodimir Zelenski rəsmi teleqram kanalında paylaşım edib.

1919073
Volodimir Zelenski: ''Rusiya qüvvələri Donbasa ağır zərbələr endirir''

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun hücumları nəticəsində Ukraynanın Donbas bölgəsindəki şəhərlərə ciddi ziyan dəydiyini bildirib.
Bu barədə Volodimir Zelenski rəsmi teleqram kanalında paylaşım edib.
Zelenski cəbhə xəttində ağır toqquşmaların davam etdiyini və Rusiya qüvvələrinin cəbhə xəttində yaşayış məntəqələrinə ağır zərbələr endirməyə davam etdiyini bildirib.
Prezident Zelenski deyib:"Rusiya Mariupol kimi, Volnovaha kimi, Baxmut kimi Dombasdakı şəhərləri dağıdır''.
Volodimir Zelenski Rusiya qüvvələrinin dünən Hersona endirdiyi zərbələr nəticəsində 8 yaşlı uşağın öldüyünü bildirib.
Zelenski Rusiya tərəfi ilə dünən aparılan  əsir mübadiləsi ilə daha 64 Ukrayna əsgərinin azad edildiyini söyləyib.
“Biz hələ də Rusiyada saxlanılan hər bir ukraynalı kişi və qadının azad edilməsi və geri qaytarılması üçün səylərimizi davam etdiririk”,-Ukrayna lideri vurğulayıb.



Әlaqәli Xәbәrlәr