Hindistan "Pakistanda terror fəaliyyətlərində iştirak etməkdə" ittiham edilib

Pakistan xarici işlər nazirinin müavini Hina Rabbani Har Hindistanı "Pakistanda terror fəaliyyətlərində iştirak etməkdə" ittiham edib.

1919196
Hindistan "Pakistanda terror fəaliyyətlərində iştirak etməkdə" ittiham edilib

Pakistan xarici işlər nazirinin müavini Hina Rabbani Har Hindistanı "Pakistanda terror fəaliyyətlərində iştirak etməkdə" ittiham edib.

Milli KİV-in məlumatına görə, R.Har paytaxt İslamabadda keçirdiyi mətbuat konfransında Hindistanın ötən il Lahorda törədilən partlayış da daxil olmaqla müxtəlif terror fəaliyyətlərində əli olduğuna dair güclü dəlillərə malik olduğunu bildirib.

R.Har "Hindistanı Pakistanda terror fəaliyyətlərində iştirak etməkdə" ittiham edərək deyib:

“Hindistan qədər terrordan öz maraqları üçün istifadə edən heç bir ölkə yoxdur”.

Hindistanın özünü terrorun ən böyük qurbanı kimi təqdim etdiyini deyən R.Har Yeni Dehlinin beynəlxalq terrorla mübarizədə heç bir rolunun olmadığını da qeyd edib.

Son 3 ildə Pakistanda 1213 hücum təşkil edildiyini və 211 təhlükəsizlik qüvvəsinin hədəf alındığını bildirən R.Har bu hücumların arxasında Hindistan kəşfiyyat təşkilatı Araşdırma və Analiz Qanadının (RAW) olduğunu iddia edib.

Beynəlxalq ictimaiyyəti Yeni Dehlinin Pakistanda sabitliyi pozmaq cəhdlərini nəzərə almağa çağıran R.Har 14 noyabr 2020-ci ildə Hindistanın ölkədə terroru maliyyələşdirməkdə günahlandırıldığı bir dosye hazırlandığını və bunun Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinə və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünə təhvil verildiyini xatırladıb.təqdim edildiyini xatırladıb.

R.Harın açıqlamaları daxili işlər naziri Rana Sanaullahın oxşar bəyanatlarından sonra olub.

Dekabrın 14-də daxili işlər naziri Sanaullah Hindistana qarşı oxşar ittihamlar irəli sürüb.



Әlaqәli Xәbәrlәr