Volodimir Zelenski: “Cəbhədə vəziyyət ağırdır”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Ukraynanın Donetsk cəbhəsində ağır itkilər verməkdə davam etdiyini iddia edib.

1912764
Volodimir Zelenski: “Cəbhədə vəziyyət ağırdır”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Ukraynanın Donetsk cəbhəsində ağır itkilər verməkdə davam etdiyini iddia edib.
“Cəbhədə vəziyyət ağırdır”,-deyə Ukrayna lideri qeyd edib.

Volodimir  Zekenski  rəsmi teleqram kanalında fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladıb.

Rusiya qüvvələrinin xüsusilə Donetsk cəbhəsində irəliləməyə çalışdığını, lakin Ukrayna Ordusunun Rusiya hücumlarını uğurla dəf etdiyini ifadə edən Volodimir  Zelenski deyib: “Cəbhədə vəziyyət ağırdır”.
Rusiya ordusunun Donetsk cəbhəsində böyük itki verdiyini iddia edən Volodimir Zelenski Ukrayna qüvvələrinin rus qoşunlarının burada irəliləməsinə imkan vermədiyini qeyd edib.

Ukrayna lideri bildirib ki, Rusiya qüvvələri Luqansk vilayətində nəzarət etdikləri yaşayış məntəqələrini “əlində saxlamağa”, Xarkov vilayətində və cənubda irəliləməyə çalışırlar.
Rusiyanın Ukraynada müharibəyə başlamaqla cinayət törətdiyini deyən Zelenski Rusiyanın yüksək vəzifəli  siyasi və hərbi rəsmilərinin mühakimə olunmaları üçün çox çalışdıqlarını bildirib. 
"Biz artıq Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlıq edirik və bu əməkdaşlığı gücləndirəcəyik'',-deyə Ukrayna lideri vurğulayıb.



Әlaqәli Xәbәrlәr