Somalidə oteldə partlayışlar olub

Somalinin paytaxtı Moqadişoda Prezident sarayının yaxınlığında yerləşən bir oteldə partlayış törədilib.

1911651
Somalidə oteldə partlayışlar olub

TRT-nin Somali Milli Xəbər Agentliyi “SONNA”-ya istinad etdiyi xəbərinə görə Villa Rose otelində iki bomba partladılıb, ardınca silahlı qarşıdurma baş verib. Nazir və dövlət səlahiyyətlilərinin istifadə etdiyi otelə hücumlar zamanı ölən və yaralananlar barədə məlumat verməyib.

Polis Baş idarəsinin sözcüsü hadisədən sonra aralarında mülki vətəndaşlar və dövlət səlahiyyətlilərinin də olduğu çox sayda insanın oteldən təxliyə edildiyini, cinayətkarlara lazımı cavabın veriləcəyini qeyd edib.

Bəzi xəbər saytları hücumlarda Somalinin təhlükəsizlik naziri Məhəmməd Əhməd Dodişenin yaralandığını iddia edib.

Hücumlara görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı üzərinə götürüb.



Әlaqәli Xәbәrlәr