İtaliyada torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb

İtaliyanın İskya adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində  8 nəfər ölüb.

1911393
İtaliyada torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb

İtaliyanın İskya adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində  8 nəfər ölüb.

Məlumata görə, İskya adasında yağan leysan yağışları daşqın və torpaq sürüşməsinə səbəb olub.

İtaliya Baş nazirin müavini, infrastruktur və nəqliyyat naziri Matteo Salvini məlumat verib ki, təbii fəlakət nəticəsində 8 nəfər ölüb. Məlumatda bildirilib ki, itkin düşənlərin axtarışı davam etdirilir.

Qeyd edək ki, adanın bəzi bölgələrində azı 100 nəfərin qapalı qaldığı bildirilib.



Әlaqәli Xәbәrlәr