ABŞ Türkiyeyə təşəkkür edib

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünün bərpasını təmin etməkdə göstərdiyi səylərinə görə Türkiyəyə təşəkkür edib.

1901408
ABŞ Türkiyeyə təşəkkür edib

Amerika Birləşmiş Ştatları (ABŞ) "taxıl dəhlizi”nə görə Türkiyeyə təşəkkür edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünün bərpasını təmin etməkdə göstərdiyi səylərinə görə Türkiyəyə təşəkkür edib.

Gündəlik mətbuat konfransında sualları cavablandıran Prays Rusiyanın Ukrayna taxıl və taxıl məhsullarının dünyaya ixracını asanlaşdıran Birləşmiş Qara Dəniz Taxıl Təşəbbüsü Sazişinə qayıtmasından məmnun olduğunu bildirib.

Bu müqavilə sayəsində Ukraynadan 10 milyon metrik ton taxıl çıxarıldığını xatırladan sözçü bu sazişi dünya üçün "vazkeçilməz" adlandırıb.

Taxıl nəqliyyatının bərpasında Türkiyenin roluna diqqət çəkən Prays bir sual qarşısında isə deyib ki, biz türk müttəfiqlərimizin səylərini alqışlayırıq. Əslində Türkiyəyə və BMT baş katibinə minnətdar olduğumuzu söylədim. Bu müqavilə Baş katib Antonio Quterreş tərəfindən hazırlanıb, lakin əvvəlcə Türkiyenin, daha sonra Ukraynanın və nəhayət Rusiyanın kritik dəstəyi ilə formalaşıb. Baş katibə və Türkiyeyə bu razılaşmanı yenidən bərpa etdiklərinə görə minnətdarıq.



Әlaqәli Xәbәrlәr