İsveçin Baş naziri Ulf Kristersson telefon danışığından sonra paylaşım edib

İsveçin Baş naziri Ulf Kristersson Türkiye, Finlandiya və ölkəsi arasında NATO-ya üzvlük üçün üçlü memorandumu yerinə yetirəcəklərini açıqlayıb.

1898193
İsveçin Baş naziri Ulf Kristersson telefon danışığından sonra paylaşım edib

İsveçin Baş naziri Ulf Kristersson Türkiye, Finlandiya və ölkəsi arasında NATO-ya üzvlük üçün üçlü memorandumu yerinə yetirəcəklərini açıqlayıb.

Ulf Kristersson öz tvitter hesabında Prezident Rəcəb Tayyib Ərdoğanla konstruktiv telefon danışığı apardığını paylaşıb.

"Yaxın zamanda Ankaraya səfər etməyi səbirsizliklə gözləyirəm. Hökumətim Türkiye, Finlandiya və İsveç arasında NATO-ya üzvlüklə bağlı Üçlü Memorandumu yerinə yetirəcək", -deyə İsveçin Baş naziri fadə edib. 

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da İsveçin Baş naziri Ulf Kristerssonla telefon danışığında ikitərəfli münasibətləri və Skandinaviya ölkəsinin NATO-ya daxil olması məsələlərini müzakirə edib.

Bu barədə Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəsi danışıqların yekunlarına dair məlumat yayıb.

"Prezident Ərdoğan yeni Baş nazir Kristerssonu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O, Baş nazirin noyabrın 19-da Türkiyeyə səfər etmək arzusundan məmnunluğunu ifadə edib. Prezident İsveç hökuməti ilə əlaqələrin hərtərəfli inkişafına çağırıb", - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, Ərdoğan terror təşkilatlarının İsveçi NATO-ya üzv olmaq girovuna çevrilməməsindən danışıb. "Onlara mane olmaq ikitərəfli maraqlara cavab verir", - dövlət başçısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr