Yens Stoltenberq  əhəmiyyətli bəyanatlar verib

NATO-nun baş katibi Yens Stoltenberq  Amerika Birləşmiş Ştatlarının Adriatik dənizində olan  Corc H.W. Buş təyyarədaşıyan gəmisinə baş çəkib.

1897827
Yens Stoltenberq  əhəmiyyətli bəyanatlar verib

NATO-nun baş katibi Yens Stoltenberq  Amerika Birləşmiş Ştatlarının Adriatik dənizində olan  Corc H.W. Buş təyyarədaşıyan gəmisinə baş çəkib. Burada çıxış edən NATO-nun Baş katibi Ukraynadakı müharibəyə toxunub və müharibənin çox mühüm mərhələdə olduğunu bildirib.
“Rusiya prezidenti Vladimir Putin döyüş meydanındakı uğursuzluqlarına daha aqressivliklə cavab verdi” deyən Stoltenberq Rusiyanın mülki əhaliyə, yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar təşkil etdiyini bildirib.
"Rusiya hazırda Ukraynanın  öz ərazisində çirklənmiş radioloji bombadan istifadə etməyə hazırlaşdığı ilə bağlı yanlış iddialar irəli sürür. NATO müttəfiqləri bu ittihamı rədd edirlər. Rusiya gərginliyi daha da artırmaq üçün saxta bəhanələrə əl atmamalıdır. Dünya onları diqqətlə izləyir".

Yens Stoltenberq son günlər İranın Rusiyaya hərbi yardım etdiyini gördüklərini vurğulayıb.

“Bu qəbuledilməzdir” deyən Stoltenberq bildirib ki, heç bir ölkə Rusiyaya kömək etməməlidir.

Stoltenberq qeyd edib ki, bəzi NATO ölkələri və Avropa İttifaqı İrana qarşı sanksiyaların tətbiqini alqışlayır.

''George H.W. Buş'' təyyarədaşıyan gəmisi ilə bağlı da açıqlama verən  Stoltenberq bildirib ki, gəmi "Neptun Strike 2022" təlimi çərçivəsində NATO komandanlığı altında bir işçi qrupuna rəhbərlik edir.

NATO-nun "Neptun Strike 2022" təlimində 24 NATO ölkəsi ilə yanaşı, NATO tərəfdaşları olan İsveç və Finlandiyadan 80-dən çox döyüş təyyarəsi, 14 gəmi və təxminən 6000 əsgər iştirak edir.



Әlaqәli Xәbәrlәr