BMT: Sudanda tayfalararası toqquşmalarda ölənlərin sayı 200 nəfəri ötüb

Sudanın Mavi Nil əyalətində qəbilələr arasında baş verən  qarşıdurmalara etiraz edən 250 nəfər yaşanan toqquşma nəticəsində həyatını itirib.

1897223
BMT: Sudanda tayfalararası toqquşmalarda ölənlərin sayı 200 nəfəri ötüb

Sudanın Mavi Nil əyalətində qəbilələr arasında baş verən  qarşıdurmalara etiraz edən 250 nəfər yaşanan toqquşma nəticəsində həyatını itirib.

Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada etirazçıların Demazin şəhərini ilə paytaxt Xartumu birləşdirən yolu nəqliyyatın hərəkəti üçün bağladıqları bildirilib.

Açıqlamada qarşıdurmalarda təxminən 250 nəfərin öldüyü, 572-dən çox insanın yaralandığı, kəndlərdə evlərin yandırıldığı, 7 minə yaxın insanın bölgədən köçmək məcburiyyətində qaldığı qeyd olunub.

OCHA-nın məlumatına görə, iyul ayından bəri Mavi Nil əyalətində 70 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Sudanın Səhiyyə Nazirliyi iyul ayında Mavi Nil əyalətində Hausa və Hemek qəbilələri arasında baş verən qarşıdurmalarda 109 nəfərin öldüyünü açıqlayıb.

Sentyabrın 2-də yenidən alovlanan toqquşmalarda 18 nəfər ölüb, 23 nəfər yaralanıb.
Qeyd edək ki, oktyabrın 13-də yaşanan gərginlik nəticəsində 200-dən çox adam həyatını itirmişdi. Qarşıdurmalara etiraz edənlər isə valilik binasını yandırıb və Mavi Nil əyalətinin prezidenti Əhməd əl-Umdenin istefa verməsini tələb ediblər.

Bölgə hökuməti oktyabrın 21-də Mavi Nil bölgəsində baş verən qəbilə qarşıdurmaları səbəbindən bir ay müddətinə "fövqəladə vəziyyət" elan edib və bölgədə gecə satlarında komendant saatı tətbiq edib.



Әlaqәli Xәbәrlәr