Şimali Koreya ilə Cənubi Koreya arasında dəniz sərhədində gərginlik

İki ölkə arasında gərginlik son həftələr Şimali Koreyanın nüvə sınaqlarına görə artıb.

1896501
Şimali Koreya ilə Cənubi Koreya arasında dəniz sərhədində gərginlik

Şimali Koreya ilə Cənubi Koreya arasında ərazi sularının pozulması ilə bağlı gərginlik var. Qarşılıqlı ittihamlardan sonra iki ölkənin donanmasının gəmiləri xəbərdarlıq atəşi açıb.
Cənubi Koreyanın Baş Qərargah rəisi Şimali Koreyaya məxsus ticarət gəmisinin iki ölkə arasında de-fakto dəniz sərhədini pozduğunu açıqlayıb.

Bildirilib ki, dəniz qüvvələri gəmini radio ilə bölgəni tərk etməyə çağırdıqdan sonra xəbərdarlıq atəşi açıb.

Şimali Koreya həmçinin Cənubi Koreyaya məxsus dəniz gəmisinin onun ərazi sularını pozduğunu və bunun üzərinə xəbərdarlıq atəşi açıldığını açıqlayıb.

İki ölkə arasında gərginlik son həftələr Şimali Koreyanın nüvə sınaqlarına görə artıb.



Әlaqәli Xәbәrlәr