ABŞ-da silahlı atışma, 5 ölü

ABŞ-ın Şimali Karolina ştatının paytaxtı Raleiqdə silahlı hücum nəticəsində ölən və yaralananlar olub.

1892823
ABŞ-da silahlı atışma, 5 ölü

Şimali Karolina qubernatorluğundan verilən açıqlamada atışmada 5 nəfərin öldüyü, 4 nəfərin yaralandığı, həyatını itirənlər arasında bir polis məmurunun olduğu bildirilib.

Açıqlamada həmçinin qeyd edilib ki, hadisənin törədildiyi əraziyə təhlükəsizlik qüvvələri və sağlamlıq qrupları cəlb olunub. Yaralılar isə xəstəxanada yerləşdirilib. Bir şüphəli polis tərəfindən nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr