Yens Stoltenberq və Lloyd Ostin Ukrayna məsələsi ilə bağlı əhəmiyyətli bəyanatlar veriblər

NATO-ya üzv dövlətlərin müdafiə nazirləri  Ukraynaya hərbi dəstək, silah ehtiyatlarının artırılması və mühüm infrastrukturların qorunması kimi əsas mövzuları müzakirə etmək üçün bir araya gəlib.

1892318

NATO-nun Baş katibi Yens Stoltenberq və ABŞ-ın müdafiə naziri Lloyd Ostin Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin görüşünün ikinci günündə baş tutan sessiyalardan əvvəl jurnalistlərə açıqlama veriblər.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qəbul edilən və  Rusiyanın Ukraynanın bəzi bölgələrini qanunsuz ilhaqını pisləyən qərarı alqışladığını bildirən Stoltenberq bunun qaydalara əsaslanan beynəlxalq nizamın müdafiəsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ABŞ-ın müdafiə naziri Ostin də öz növbəsində Yens Stoltenberqin sözlərinə qoşulduğunu bildirib.

Ukraynaya dəstəyin davam edəcəyini bir daha vurğulayan Ostin NATO müttəfiqlərinin dəstəyi artıracaqları ilə bağlı açıqlamalarından məmnun olduğunu ifadə edib.

Әlaqәli Xәbәrlәr